Əfqanıstanla sərhəddə yolkənarı partlayış nəticəsində iki pakistanlı əsgər həlak olub, 15 əsgər isə yaralanıb. Pakistan rəsmiləri naməlum yaraqlınınVəziristanın şimal regionunda ordu maşınının yaxınlığında bomba yerləşdirdiyini bildirib. Hadisəyə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Vəziristanın şimalı əfqan və pakistanlı Taliban döyüşçülərinin sığınacağı kimi tanınır. Yolkənarı partlayış Əfqanıstanla Pakistan sərhəddi yaxınlığında baş verən hücumların ən sonuncularındandır və iki ölkə arasında gərginliyin artmasına səbəb olub.