Pakistan məhkəməsi bu ayın əvvli yarı-hərbi qüvvələrin altı üzvünü və bir mülki şəxsi silahsız vətəndaşın qətlində ittiham edib. 22 yaşlı Şarfaraz Şah üç gün əvvəl Karaçi şəhərində öldürülüb.Hadisə videoya çəkilib. Videoda mülki şəxsin Şahı bir qrup yarı-hərbi əsgərin qarşısına gətirdiyi nümayiş etdirilir. Ağır yaralanan Şah sonradan Karaçıdə xəstəxanada dünyasını dəyişib. Hadisə iştirakçıları ittihamların hamısını inkar edirlər. Yarı-hərbi qüvvələr onun silahlı olduğunu və qarət etməyə cəhd edərkən saxlanıldığını iddia edirlər.