Pakistanda terror aktı 18 adamın ölümü ilə nəticələnib

Pakistanda terror aktı 18 adamın ölümü ilə nəticələnib

Rəsmilər deyirlər ki, Pakistanın şimal-qərbində bomba partlayışı mini-avtobusu dağıdaraq 18 adamın ölümünə bais olub. Rəsmilər partlayışın Hanqu qəsəbəsi yaxınlığında baş verdiyini deyirlər. Cümə günü burada bir evə hücum nəticəsində qadın polis zabiti və onun 5 ailə üzvü həlak olub. Bu ərazi Pakistanın hərci-mərcilik hökm sürdüyü qəbilə regionuna yaxındır. Polisin dediyinə görə mini-avtobusa 10 kiloqram həcmində partlayıcı maddə yerləşdirilib. Hədəf ötən sentyabrda Hanquda 4 sünni müsəlmanın qətlində şübhəli bilinən şiə lideri Kamil Əli Şah idi.