Pakistanda girov götürülən isveçlilər azad edilib

Keçən ilin iyul ayında PakistandaTaliban yaraqlıları tərəfindən girov götürülən isveçli ər-arvad, Oliver David Oç və Daniela Vildmer azad edilib. Pakistan ordusunun sözçüsü, general Əthar Abbasın dediyinə görə, girovda olanlar kəşfiyyat işçilərinə əsirdən qaçdıqlarını deyiblər. Sözçü onların sorğu-sual edilmələri üçün hərbi qüvvələr tərəfindən Pişəvərə aparıldığını bildirib.

Ordu rəsmiləri isveçli ər-arvadın qəbilələrin yaşadığı Şimali Vəziristanda, hərbi keçid məntəqəsi yaxınlığındakı yolda tapıldıqlarını bildiriblər.

İsveç səfirliyi məsələ ilə bağlı şərh verməyib.