Bu, Pakistanın qəbilələr yaşayan regionunda bu ay ABŞ-ın keçirdiyi 14-cü raket hücumudur
Pakistan rəsmiləri deyir ki, ölkənin qəbilələr yaşayan Şimali Vəziristan regionunda ABŞ-ın pilotsuz idarə olunan təyyarədən həyata keçirdiyi raket hücumu nəticəsində 4 yaraqlı həlak olub. Rəsmilərin sözlərinə görə, ABŞ təyyarəsi bu gün Datta Xel bölgəsinə bir neçə raket atıb. Hücumun hədəfinin nə olması barədə ziddiyyətli xəbərlər yayılıb. Bu, Pakistanın qəbilələr yaşayan regionunda bu ay ABŞ-ın keçirdiyi 14-cü raket hücumudur. ABŞ bu bölgədə Əl-Qaidəyə bağlı Haqqani yaraqlı qrupunu hədəf alır.