Pakistanda pilotsuz təyyarə hücumları militantları hədəf alıb

Pakistanda pilotsuz təyyarə hücumları militantları hədəf alıb

Rəsmilər Vəziristanın Datta Kel regionunda raketin avtomobili göyə sovurduğunu bildirib

Pakistan rəsmiləri ölkənin əfqan sərhədi yaxınlığında yerləşən regionunda ABŞ-a məxsus pilotsuz təyyarə hücumunun militant olmaqda şübhəli bilinən beş nəfəri öldürdüyünü bildirib. Rəsmilər bugün Vəziristanın Datta Kel regionunda raketin avtomobili göyə sovurduğunu xəbər veriblər. Bəzi rəsmilər ölənlərin sayının xarici yaraqlılar da daxil olmaqla səkkiz nəfərə qədər olduğunu ehtimal edirlər. Bu Üsama bin Laden öldürüləndən bəri ABŞ-ın ehtimal edilən üçüncü hücumudur. Çərşənbə günü Pakistan rəsmiləri Vəziristanın cənubunda pilotsuz təyyarə hücumunun militant olmaqda şübhəli bilinən azı üç nəfəri öldürdüyünü bildirib.