Partlayış bir neçə sərt xətt təmayüllü siyasətçinin ərazidən keçdikləri vaxtda baş verib
Pakistanın şimal-qərbində rəsmilər intiharçının polis yoxlama məntəqəsi yaxınlığında özünü partladaraq 10 nəfəri öldürdüyünü bildirirlər.
Hücumçu motosiklet sürərək partlayıcı quğunu paytaxt İslamabaddan 70 kilometr şimalqərbdə yerləşən Svabi şəhərində işə salıb.
Partlayış bir neçə sərt xətt təmayüllü siyasətçinin ərazidən keçdikləri vaxtda baş verib. Camiat Ulema İslam partiyasının üzvü Mövlanə Fəzlur Rəhman xəsarət almayıb. Rəsmilər bildiriblər ki, hücumun onu hədəf alıb-almadığı qeyri-müəyyəndir. Partlayış zamanı azı bir polis zabiti həlak olub, 15 nəfər isə yaralanıb.