Pakistanın şimal-qərb bölgəsində intiharçı hücumu nəticəsində azı 22 nəfərin öldüyü bildirilir.
Pakistandakı Taliban qrupunun sözçüsü bu gün məsciddə həyata keçirilən intiharçı hücumunun məsuliyyətini Tirah vadisinin bir hissəsinə nəzarət edən Ləşgəri-İslam qrupunun öz üzərinə götürdüyünü deyib.
Pakistan rəsmiləri intiharçının üzərindəki bombanı məscid yaxınlığında partlatdığını, ölənlərdən çoxunun yaraqlılar olduğunu deyirlər.