Pakistanda 2004-cü ildə azyaşlı uşağın ölümündə günahkar bilinən şəxs edam edilib. Beynəlxalq ictimaiyyət həmin şəxsin hadisə zamanı özünün azyaşlı olduğu ilə bağlı suallar qaldıraraq ölüm hökmünün verilməsini tənqid edib.
Şəfqət Hüseyn Karaçı həbsxanasında asılaraq edam edilib.
Ailəsi bildirib ki, hadisə baş verdiyi zaman onun 14 yaşı olub və rəsmilər cinayəti törətdiyini etiraf etməsi üçün onu işgəncə veriblər.
Edam hökmünün icrası Hüseynin yaşının araşdırılması üçün dörd dəfə təxirə salınmışdı.
İnsan haqları qrupu işgəncə halları ilə bağlı dəlillərin məhkəmə tərəfindən nəzərə almadığı üçün Pakistanı Hüseynin əvf edilməsinə çağırmışdı. Hüquq müdafiəçiləri həmçinin yaşı ilə bağlı kifayət qədər məlumatın olmadığı üçün onun hadisə baş verən zaman azyaşlı kimi qəbul edilməli olduğu və buna görə ölüm hökmünün çıxarılmamalı olduğunu bildirib.
Pakistan 2008-ci ildə ölüm cəzasını ləğv etmişdi. Ancaq keçən il dekabr ayında Peşəvər şəhərində Talibanın orta məktəbə hücum edərək, 150 nəfəri öldürməsindən sonra ölüm cəzası yenidən qüvvəyə minib. Həmin vaxtdan indiyədək 200 məhbusa edam cəzası tətbiq olunub.