BMT Pakistanda daşqınlara məruz qalan minlərlə insana humanitar yardımların artırılmasına çağırmasına baxmayaraq,beynəlxalq yardım səylərinin son həftə səngidiyini bildirib. BMT-nin yardım agentliyi son bir həftə ərzində, yəni avqustun 24-dən sentyabrın 1-dək yardımların 17 milyon təşkil etdiyini deyir. Hazırda göstərilən yardımların həcmi 291 milyondur. Bu isə tələb edilən köməyin 63 faizidir. Şimal-şərq bölgələrdə su səviyyəsinin enməsinə baxmayaraq, ərzağa olan təlabat artmaqdadır. Əksər hissəsi su altında olan Sind vilayətində isə durum hələ də ciddidir. BMT-nin təxminlərinə görə, Pakistanın 3.2 milyon hektarlıq əkin sahəsi su altındadır. 200000 baş mal-qara sellərdə məhv olub. 1600 adam fəlakətin qurbanı olub. 20 milyon insan sellərin təsirinə məruz qalıb.
BMT Pakistanda daşqınlara məruz qalan minlərlə insana humanitar yardımların artırılmasına çağırmasına baxmayaraq,beynəlxalq yardım səylərinin son həftə səngidiyini bildirib. BMT-nin yardım agentliyi son bir həftə ərzində, yəni avqustun 24-dən sentyabrın 1-dək yardımların 17 milyon təşkil etdiyini deyir