Pakistanda Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyini Üsama Bin Laden barədə məlumatla təmin edən 5 adam həbs edilib

Pakistanda Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyini Üsama Bin Laden barədə məlumatla təmin edən 5 adam həbs edilib

New York Times qəzetinin Amerikanın adını açıqlamadığı kəşfiyyat rəsmisinə istinadən yazdığına görə, Pakistanda Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyini Üsama Bin Laden barədə məlumatla təmin edən 5 adam həbs edilib. Onlar arasında Pakistanın ordu zabitinin də olduğu deyilir. Məlumat ABŞ-la Pakistan arasında həmin əməliyyatla bağlı mübahisələrin artdığı vaxt verilir. Qəzet yazır ki, Pakistan ordusunun sözçüsü, briqada generalı Səid Əzmət Əli Abbotabad reydi ilə bağlı heç bir zabitin həbs edilmədiyini deyib. Məlumatda bildirilir ki, Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Leon Panetta həbs edilən pakistanlılar barədə məsələni keçən həftə İslamabad səfəri zamanı qaldırmışdı.