ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində Pakistanda 4 militant öldürülüb

ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində Pakistanın qəbilələrin yaşadığı şimal-qərb bölgəsində yaraqlı olduğu ehtimal edilən dörd militant öldürülüb.

Pakistan rəsmiləri ABŞ-ın məsafədən idarə edilən təyyarəsindən iki raketin atıldığını bildirib. Hücum zamanı iki ərəb militant və onların yerli müttəfiqləri qətlə yetirilib. Onlar avtomobillərini yaraqlıların komandiri Aynullanın evinin qarşısında saxlayıb yolda su içdikləri zaman öldürülüblər.

ABŞ-ın pilotsuz idarə edilən təyyarələrinin hücumları altı ay fasilədən sonra yenidən bərpa edilib. Eyni zamanda, Pakistan Şimali Vəziristan bölgəsində hərbi əməliyyatlar keçirir. Pakistan ordusu əməliyyatlar nəticəsində mindən çox yaraqlının qətlə yetirildiyni bildirib.

Pakistan hərbi hava qüvvələri bazar günü keçirilmiş hücumları zamanı yaraqlıların gilzəndiyi beş istehkamın dağıdıldığı, 15 militanatın qətlə yetirildiyini bildiirb.

Pakistan hökuməti Əfqanıstanla sərhəd bölgədə qəbilələrin yaşadığı Xeybər

regionunda yarı hərbi qüvvələrin yoxlama məntəqəsinə hücum edən altı militantın qətlə yetirildiyi haqda məlumat verib. Yoxlama məntəqəsi Əfqanıstanda NATO qüvvələrinin təchizat yolunda əsas keçiddir.