Pakistanda partlayış nəticəsində 21 insan həyatını itirib

Pakistanın şimal-şərq bölgəsində rəsmilər bildirirlər ki, şiə məscidini hədəf alan intiharçının hücumu 19 adamın ölümünə və 30 dan çox insanın yaralanmasına səbəb olub.

Rəsmilərin bildirdiyinə görə, partlayış Hanqu qəsəbəsində şiələrin cümə namazı bitəndən sonra məscidən çıxdığı zaman baş verib. Lakin hadisə nəticəsində yaxınlıqdakı sünni məscidindəki möminlər arasında da xəsarət alanlar olub.

Hanqu qəsəbəsi uzun zamandır Pakistan əhalisinin 20 faizini təşkil edən şiələrə qarşı zorakılıqlara səhnə olub. Sünni yaraqlılar şiələrə dini təhrif edənlər kimi baxır.

Partlayışa görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.