Pakistanda yeddi şiə müsəlman qətlə yetirilib


Pakistan polisi ölkənin cənub-şərqində Bəlucistan vilayətində silahlı şəxslərin yeddi şiə müsəlmanı qətlə yetirdiyini bildirib.

İnsident şənbə günü vilayətin paytaxtı olan Quetta şəhəri yaxınlığında baş verib.

Polis zabiti motosikletdə olan silahlı şəxslərin avtobusu dayandıraraq, beş sərnişini vurub öldürdüyünü, bundan sonra isə eyni ərazidə daha iki şiəni qətlə yetirdiyini bildirib.

Bəlucistanda sığınacaq tapanTaliban tərəfdarları və bəluc separatçıları da daxil olmaqla, digər yaraqlı qruplar siyasi muxtariyyət, habelə təbii ehtiyatlarla zəngin regionun gəlirlərindən böyük pay almaq uğrunda mübarizə aparır.

Şənbə günü ABŞ-ın məsafədən idarə edilən təyyarəsinin raket hücumu nəticəsində Pakistanın Əfqanıstanla sərhəd bölgədə tayfaların yaşadığı ərazidə beş şübhəli yaraqlı öldürülüb.