Pakistan Şimali Vəziristanda hərbi əməliyyatı davam etdirir

Bu gün həyata keçirilən hücumlar nəticəsində 34 yaraqlının öldürüldüyü bildirilir

Pakistan ordusu ölkənin şimal-qərb sərhər regionunda şiddətli döyüşlər zamanı 34 yaraqlının və 3 əsgərin öldüyünün bildirib.

Bu gün səhər saatlarında Döyüş təyyarələri Əfqanıstanla sərhəddə qəbilələrin yaşadığı yarı-muxtar Şimali Vəziristanın Dattaxel ərazisində şübhəli yaraqlı istinadgahlarını bombalayıb. Ordunun media qanadı "mühüm komandirlər və əcnəbilər" də daxil olmaqla, ən azı 27 yaraqlının oldürüldüyünü bildirib.

Hava hücumların dünən gecə Dattaxeldə 3 əsgər və 7 yaraqlının ölümü ilə nəticələnən qarşıdurmalardan sonra həyata keçirilib. Rəsmilər deyir ki, atışma zamanı daha 4 hərbi personal yaralanıb.

Dünən isə ordu yaydığı məlumatda Əfqanıstanla sərhəd bölgədə 30 yaraqlının öldürüldüyü bildirilmişdi.

Pakistan ordusu iyun ayından bəri "Zarb-e-Azb" adlı Vəziristan hərbi əməliyyatı həyata keçirir və rəsmilər bildirib ki, hücumlar nəticəsində sübhəli terrorçular 90 faiz ərazidən təmizləmək mümkün olub.