Pakistan dünyada uşaq ölümünün ən çox yayıldığı ölkədir

Britaniyanın Save the Children xeyriyyə təşkilatının verdiyi məlumata görə, dünyada həyata gəldiyi ilk gün ölən uşaqların sayı bir milyondan çoxdur.

“Uşaq ölümünə son qoyulması“ adlı hesabatında Pakistanda doğulduğu gün və sonradan hər min körpə arasında ölüm halları 40,7 faiz təşkil edir. Bu göstərici Nigeriyada 32,7, Syerra-Leonedə 30,8, Somalidə 29,7, Qvineya-Bisauda 29,4, Əfqanıstanda isə 29 faiz təşkil edir.

Save the Children təşkilatının Pakistandakı ünmayəndəsi Ərşad Mahmud Amerikanın Səsinə deyib ki, Pakistanda hər il 200 min körpə anadan olduğu birinci ay ərzində ölür.

Pakistanda doğuş zamanı qadınların yarıdan çoxu peşəkar yardım ala bilmir. Hesabatda deyilir ki, vəziyyətin düzəlməsi istiqamətində səylər maaşlarda qeyri-bərabərlik, tibbi ləvazimat çatışmazlığı, lazımi avadanlığın olmaması və başqa səbəblər üzündən ləng gedir.

Save the Children təşkilatının hesabatına əsasən, Pakistanda 2012-ci ildə doğulan hər min uşaqdan 86-sı ömrünün birinci beş ili ərzində ölüb. 2012-ci ildə Pakistanda doğulmuş 4 milyon 604 min uşaq arasında beş yaşına çatmamış ölən uşaqların sayı 409 min olub.