ABŞ səfirliyi vətəndaşlarına İslamabadda səfərlərlə bağlı xəbərdarlıq edib

Pakistanın daxili işlər nazirliyi İslamabadda hökumət binaları və bir sıra mehmanxanaların terror hücumlarının hədəfi ola biləcəyini bildirib
ABŞ-ın Pakistan paytaxtı İslamabaddakı səfirliyi şəhərdə mümkün terror hücumları ilə bağlı xəbərdarlıq edib.

Səfirliyin veb səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, Pakistanın daxili işlər nazirliyi hücumların İslamabadda hökumət binalarını hədəf ala biləcəyi haqda xəbərdarlıq edib. Nazirlik həmçinin İslamabadda Holiday İnn, Best Western və Marriott kimi bir sıra mehmanxanaların hücumların hədəfi ola biləcəyini bildirib.

ABŞ səfiriyi Amerika vətəndaşlarının bu ərazilərə getməməsinə dair onlara xəbərdarlıq edib.