Pakistan: Trampın yeni Əfqanıstan siyasəti ədavətli və hədələyicidir

Pakistanın Milli Assambleyası prezident Donald Trampın Əfqanıstanla bağlı yeni siyasətini sərt tənqid edən qətnamə qəbul edib.

Assambleyanın reaksiya ilə bağlı hərəkətə gəlməsi, prezident Trampın ayın əvvəli ABŞ-ın Pakistana milyardlarla dollar ödəməsinə baxmayaraq, ölkənin ABŞ-ın döyüşdüyü terroristlərə yaşamasına şərait yaratması ilə bağlı nitqindən sonraya təsadüf etdi.

Pakistanın xarici işlər naziri Xacə Asif: “Milli Assambleya prezident Trampın və general Nikolsonun bəyanatlarını ədavətli və hədələyici olduğunu hesab edir və Pakistan hökümətini pakistanlıların ölkənin suverenliyini və ərazini bütövlüyü ilə bağlı qətiyyətini nümayiş etdirməyə çağırır.”

Milli Assambleya həmçinin “Tramp administrasiyasının Hindistana Əfqanıstanda daha çox yer ayrılması cəhdlərinə” də qarşı çıxıb.

Pakistanın Senatı çərşənbə axşamı bənzər qətmanə qəbul edib.