Məhərrəmliyi anan şiələr qətlə yetirilib

Rəsmilərin sözlərinə görə yerli vaxtla ötən gecə Ravalpindidə polis yoxlama məntəqəsinin işçiləri intiharçını yoxlamaq üçün dayandırarkən o, şiə müsəlmanlarının yanında özünü partladıb. Partlayış bir neçə uşaq da daxil olmaqla təxminən 62 nəfərin ölümünə bais olub.

Çərşənbə günü səhər liman şəhəri Kəraçıdə, şiə məsçidi yaxınlığında iki partlayış azı üç nəfəri öldürüb və 15 nəfəri yaralayıb.

Taliban sözcüsü hər iki hücuma görə məsuliyyəti üzərinə götürərək bildirib ki, qrup şiələri kafir olduqları üçün öldürüb.

Şiə müsəlmanları bu günlər ay təqviminə uyğun olaraq Məhərrəmliyi qeyd edirlər. Şənbə günü şiələr Aşura mərasiminə qatılacaqlar. Məhərrəmlik ayı yeddinci əsrdə yaşamış Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qətlini anır.