Pakistanda kilsədə intiharçı hücumu 8 nəfərin həyatına son qoyub

Pakistanın cənub-qərbində Kvetta şəhərində güclü silahlanmış intiharçı bomab hücumçularının izdihamlı kilsəyə hücumu nəticəsində ölkənin azlıqda olan xristian icmasının səkkiz üzvü həyatını itirib.

Rəsmilərin və həkimlərin bildirdiyinə görə, hücumun qurbanları arasında qadınlar və uşaqlar da var. Bethel metodist kilsəsi şəhərin güclü mühafizə olunan mərkəzi hissəsində yerləşir.

Şahidlərin verdiyi məlumata görə, hücumçular kilsənin təxminən 400 insanın bazar günü ibadət üçün toplaşdığı əsas zalına daxil olmaq istəyib. Lakin əsas qapının önündə dayanan polis nəfəri onların qarşısını almağa çalışıb və onlardan birini güllə ilə vurub öldürüb. Hücumçulardan biri atışma zamanı özünü zalın qarşısında partladıb. Partlayış nəticəsində polis nəfəri ölümcül yaralanıb.

Vilayətin polis idarəsinin başçısı, baş inspector Müəzzəm Ənsari müxbirlərə deyib ki, üçüncü şübhəli atışma zamanı yaxınlıqdakı yaşayış sahəsinə qaçıb və onun ələ keçirilməsi üçün axtarış əməliyyatı davam edir.

Onun bildirdiyinə görə, vəzifəsini icra edən polis müafizəçiləri hücumçuların zala keçməsinə mane olmaq üçün vaxtında müdaxilə etməsə idi, hadisə qurbanlarının sayı bundan artıq ola bilərdi.

Hücuma görə məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb.

Qvetta Bəlucistan vilayətinin paytaxtıdır. Son həftələr militantlarən vilayətdə hücumlarını artırdığı müşahidə edilir. Pakistanın bu vilayətində törədilmiş terror hücumlarına görə məsuliyyəti adətən islamçı militantlar və separatçı qruplar öz üzərinə götürür. İslam Dövləti qrupunun tərəfdarları da zorakı aktlara görə məsuliyyət daşıdıqlarını bildirir.