Pakistanın Pəncab vilayətinin daşqınlardan zərər çəkmiş ərazilərindən 100 mindən çox insan təxliyyə edilib

Rəsmilər çərşənbə günü bildiriblər ki, xilasedicilər son üç həftə ərzində Pakistanın şərqindəki Pəncab vilayətinin daşqından zərər çəkmiş ərazilərdən 100 mindən çox insanı təxliyyə edib.

Xilasetmə işləri keçən həftə Sutlej çayının daşması və bir neçə rayonu su altında qoymasından sonra genişləndirilib. Təxliyyələrin əksəriyyəti Pəncab vilayətinin Bəhavalpur və Kasur rayonlarında qeydə alınıb.

Kiçik miqyaslı təxliyələr iyul ayında qonşu Hindistanın suyu bəndlərdən Pakistana axan Ravi çayına yönəltməsindən sonra başlayıb.

Daha sonra yağan yağışlar da Sutlej çayını daşırıb və bu, rəsmiləri yaxınlıqda yaşayan insanları təxliyə etməyə məcbur edib.

Milli Fəlakət Agentliyi Ravi çayında suyun səviyyəsinin hazırda normal olduğunu, lakin bu həftə Sutlej çayında daha da artacağını bildirib.

Pakistan hökuməti hələ də keçən yay 33 milyon insana təsir edən və 1739 nəfərin ölümünə səbəb olan güclü daşqınların vurduğu zərərlə mübarizə aparır. Daşqınlar ölkə iqtisadiyyatına $30 milyard dollar dəyərində ziyan vurub.