Pakistandakı siyasi qurultayda baş verən partlayış zamanı onlarla insan ölüb

Pakistan rəsmiləri bazar ertəsi ölkənin şimal-qərbindəki Haybər Paxtunxva vilayətində baş verən partlayış nəticəsində ölənlərin sayının azı 45 nəfərə çatdığını bildirib.

Partlayış Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Bəcaur qəbilə bölgəsindəki Xar şəhərində baş verib. Hadisə bazar günü günortadan sonra, dini siyasi Cəmiyət Üləma Islam partiyasının qurultayı zamanı baş verib.

Videoda yığıncağın partlayış anı əks etdirilib.

Bölgə polis zabiti Nazir Xan Amerikanın Səsinə bildirib ki, indiyədək toplanmış sübutlar partlayışın intiharçı hücumu olduğuna işarə edir.

Pakistanın daxili işlər naziri Rana Sanaulla Tvitter-də insidentlə bağlı araşdırma aparılmasına göstəriş verildiyini bildirib.

Pakistan Talibanı kimi tanınan TTP-nin mərkəzi rəhbərliyi mediaya verdiyi açıqlamasında hücumu pisləyib.

Əfqanıstan Talibanının mərkəzi sözçüsü Zabiullah Mücahid Tvitter hesabında "Belə cinayət əməlləri qəbuledilməzdir və buna bəraət qazandırmaq olmaq" yazıb.

De-fakto Əfqanıstan hökuməti anti-Pakistan terrorçuları üçün təhlükəsiz sığınacaq verdiyini inkar edib.

Əfqanıstan Talibanının 2021-ci ilin avqustunda Kabildə nəzarəti ələ keçirməsindən sonra Pakistanda terror hücumlarında artım müşahidə olunub. Bu hücumların əksəriyyətinin arxasında "Təhrik-i-Taliban Pakistan" və ya Əfqanıstan Talibanı ilə ideoloji əlaqəli silahlı TTP qrupu dayanır. Lakin qruplaşma bu hadisəyə görə məsuliyyəti götürməkdən boyun qaçırıb.