Pakistanda silsilə bomba hücumları həyata keçirilib

Britaniyanın baş naziri David Kameronun Pakistana səfəri günü ölkə boyu həyata keçirilən bomba hücumları azı 41 nəfərin ölümünə səbəb olub.

dünən hücumlardan biri cənub-qərbi Getta şəhərindəki şiə məscidi yaxınlığında həyata keçirilib və 20 nəfərin ölümü, azı 60 nəfərin yaralanmasına səbəb olub.

Şimal-qərbi Peşəvər şəhərində maşına yerləşdirilmiş bomba hücumu zamanı isə azı 17 nəfər ölüb, onlarla insan yaralanıb.

Qəbilələrin yaşadığı Şimali Vəziristanda yol kənarına yerləşdirilmiş bombanın partlayışı 4 əsgərin ölümünə səbəb olub.

Hücumların məsuliyyətini öz üzərinə götürən olmayıb.