Pakistanda polis maşınına hücum nəticəsində 6 nəfər ölüb

Pakistan polisinin verdiyi məlumata görə, çərşənbə günü avtomobildə yerləşdirilmiş bombanın partlaması nəticəsində ən azı altı nəfər ölüb. Ölkənin cənub-qərb hissəsində baş verən hadisə zamanı ölənlər arasında bir neçə polis zabiti də var.

Rəsmilər deyirlər ki, Bəlucistanın paytaxtı Kvetta şəhərində partlayış zamanı həlak olan polislər maşında yol ilə hərəkət edirdilər.

Vilayətin daxili işlər naziri deyib ki, hücum zamanı 20 nəfərdən çox insan yaralanıb. Heç bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Şiə icmasının üzvləri və hüquq-mühafizə əməkdaşları tez-tez militantlar tərəfindən hücuma məruz qalırlar.