Pakistanda otelə hücum zamanı 5 nəfər öldürülüb

Pakistan rəsmilərinin bildirdiyinə görə, Çinin maliyyələşdirdiyi strateji Qvadar limanı yaxınlğındakı lüks mehmanxanaya hücum nəticəsində ölənlərin sayı 5 nəfərdir. Onlardan 4-ü otel işçisi , 1-i isə pakintanlı dəniz qüvvələri əsgəridir.

Ordunun verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri Zaver Pearl Continental otelində təmizləmə əməliyyatını başa vurub. 3 terrorçunun öldürüldüyü xəbər verilir.

Bildirilib ki, 2 dəniz qüvvələri personeli və 2 mehmanxana işçisi yaralanıb.

Separatist qrup kimi tanınan Bəlucistan Azadlıq Ordusu hücumun məsuliyyətini üzərinə götürüb.

Baş nazir İmran Xan hücumu pisləyərək, bunu Çinin maliyyələşdirdiyi iqtisadi layihələrə qarşı “təxribat” adlandırıb.