Pakistanda neft tankerinin partlaması nəticəsində 140 insan ölüb

Rəsmilər Pakistanda yanacaq daşıyan yük maşınının partlaması nəticəsində azı 140 adamın öldüyünü bildirir. İnsanların partlamazdan öncə aşan yanacaq çənindən tökülən nefti yığmağa çalışdığı deyilir. Rəsmilər bildirib ki, hadisə nəticəsində təxminən 80 nəfər yaralanıb və onların çoxunun vəziyyəti ağırdır.

Yanacaq Pakistanın cənubundakı liman şəhəri olan Karaçidən Pəncab vilayətinin paytaxtı Lahor şəhərinə daşınırdı. Yük maşınının sürücüsünün yolda nəzarəti itirməsi nəticəsində aşdığı bildirilir.

Region polis bölməsinin rəisi Raca Rifftin bildirdiyinə görə, tanker aşan zaman qonşuluqdakı Ramzanpur Coya kəndinin sakinləri əllərində vedrələr və qablarla hadisə yerinə gələrək tökülən nefti toplamaq istəyib.

Yanacaq çəninin partlamasının səbəbi aydın deyil.

Hadisə müqəddəs Ramazan ayının bitməsi münasibətilə İd Əl-Fitr bayramının keçirildiyi bir vaxt baş verib. Bu, adətən, insanların səfər etdiyi, yollarda çox sayda insanın olduğu bir vaxtdır.