Pakistan NATO-ya ciddi etirazını bildirib

Pakistan NATO-ya ciddi etirazını bildirib

Pakistan iki vertolyotun hava məkanını pozduqdan sonra NATO-ya ciddi etirazını bildirib. Pakistan rəsmilərinin sözlərinə görə, etiraz NATO vertolyotlarının Əfqanıstan sərhədini keçərək iki pakistanlı əsgərin yaralanması ilə nəticələnən hücumundan bir neçə saat sonra bildirilib. NATO iki vertolyotunun sərhəd yaxınlığında uçduğunu təstiqləyib və hadisəni araşdırdığını bildirib. Qərb hərbi rəsmisi Pakistan tərəfindən hücuma məruz qalan vertolyotların yalnız cavab atəşi açdığını bildirib.