Pakistan NATO-nun Əfqanıstana təchizat marşrutunu yenidən açmağa hazırlaşır

Pakistanda yük maşını sürücüləri yenidən işlərinə dönməyə hazır olduqlarını bildiriblər. Belə ki, ötən ilin noyabr ayında Birləşmiş Ştatların ölümcül hava zərbələrinə etiraz olaraq sərhədləri bağlayan Pakistan yenidən NATO-nun həyati təchizat marşrutlarını açır.

Çərşənbə axşamı Birəşmiş Ştatların dovlət katibi Hillari Klinton Pakistan xarici işlər naziri Hina Rəbbani Xarla telefonda danışdığını və söhbət əsnasında Əfqanıstan sərhədi boyunca 24 Pakistan əsgərlərinin insident nəticəsində öldürülməsinin yanlış oldugunu vurğulayıb.

“Bəyanatda açıq şəkildə bildirilir ki, hadisədə insan həyatının faciəvi şəkildə itirilməsi hər iki tərəfin yalnışlıqları nəticəsində olub və tərəflər buna görə təəssüf hissi keçirirlər,” deyə Birləşmiş Ştatlar Dövət Departamentinin sözcüsü Viktoriya Nuland bildirib.

Lakin, İslamabad insident baş verdikdən dərhal sonra son günlərə qədər Amerikadan rəsmi üzr tələb edirdi. ABŞ rəsmiləri isə indiyədək “dərin təəssüf” və “səmimi başsağlığı” ifadə ediblər.

Hillari Klinton həmçinin qeyd etmişdir ki, həmkarı onu İslamabadın NATO-nun təchizat konvoyundan tranzit haqqı almayacağına əmin edib. Təchizat xəttinin yenidən açilması üçün bir aydan çox davam edən müzakirələr zamani tranzit hqaqının təqdimatı müzakirələrin əsas mövzusu olub.

“Allaha şükr olsun, bizim nəqliyyat biznesimiz yenidən başladı. Biz sürücülər və başqa iş sahibləri son yeddi ayda çoxlu çətinliklərlə üzləşdik. Münasibətlərin normallaşması yaxşı haldır,” deyə sürücü Arif Xan bildirir.

Bəzi sürücülər NATO təchizat konvoyunun əməliyyatları davam etdirdiyi üçün öz təhlükəsizliklərinə görə narahatlıqlarını izhar ediblər.

Pakistan hökuməti “Əfqanıstandakı milli təsisatlara tam suverenliyi ələ almaqda yardım etmək üçün” təchizat yolunu açdığını bildirib.