Pakistanlı qızın sağalma şansı 70 faizdir

Pakistan rəsmiləri 14 yaşlı qızın güllələnməsi ilə bağlı bir neçə nəfərin həbs edildiyini bildirib, lakin ətraflı məlumat verməyib.

Bundan əvvəl Pakistanın hərbi sözcüsü bu həftə Taliban yaraqlısı tərəfindən güllələnən qızın vəziyyətinin qənaetbəxş olduğunu deyib. General-mayor Asim Səlim Bajva bu gün deyib ki, huşsuz vəziyyətdə olan Malala Yusafzai üçün növbəti bir neçə gün olduqca mühümdür.

Çərşənbə axşamı o, şimal-qərb Svat vadisində məktəbdən çıxarkən başı və boğazından güllələnmişdi. Taliban uşağın qərbyönümlü mövqeyli olduğuna görə cəzalandırıldığını deyib.

O, Peşavar şəhərindəki xəstəxanadan Ravalpindi şəhərində ölkənin yüksək səviyyəli hərbi xəstəxanası olan Ordu Qüvvələri Kardiologiya institutuna aparılıb. Həkim Yusafzain sağalma şansının 70 faiz olduğunu deyib.