ABŞ diplomatik nümayəndələrini Lahoru tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti Pakistanın Lahor şəhərindəki konsulluğundan bütün qeyri-zəruri işçilərini ölkəni tərk etməyə çağırıb.

ABŞ-ın İslamabaddakı səfirliyinin sözüçüsü Meqhan Qreqoris bu addımı “ehtiyat tədbiri” adlandırıb. O, bu qərarın Dövlət Departamentinin Lahordakı konsulluq təhdid barədə məlumat aldıqdan sonra verildiyini deyib.

Dövlət Departamenti həmçinin səyahət xəbərdarlığı yayaraq, ABŞ vətəndaşlarını Pakistana səfərlərini təxirə salmağa çağırıb.

Bəyanatda bir neçə xarici terrorist qrupların Pakistanda ABŞ vətəndaşlarına qarşı potensial təhlükə yaratdığı deyilir.

Bu həftənin əvvəlində ABŞ öz diplomatik nümayəndələrini Yəməndən geri çağırıb.