Pakistanda intiharçı hücumu militant komandirin evini hədəf alıb

Pakistanın şimal-qərbində intiharçı özünü partladaraq azı doqquz adamı öldürmüş, 16 nəfəri yaralamışdır.

Rəsmilərin dediyinə görə partlayış Əfqanıstanla sərhədə yaxın Spin Tal qəsəbəsində militant komandir Molla Nəbinin imarəti qarşısında baş verib.

Nəbi Pakistan Talibanı ilə müttəfiq olan hərbi komandirin rəqibi sayılır.