Pakistanda iki fabrikdə yanğın zamanı 260 nəfər həlak olub

Ölənlərin əksəriyyəti fabrikin zirzəmisində aşkar edilib
Dünən Pakistanda fabriklərdə baş vermiş yanğın zamanı ölənlərin sayının 260 nəfərə çatdığı bildirilir. Rəsmilər Karaçi liman şəhərində geyim fabrikində baş vermiş yanğın zamanı 236 nəfərin həlak olduğunu deyib.

Ölənlərin əksəriyyəti fabrikin zirzəmisində aşkar edilib. Bir neçə işçi yanğından yaxa qurtarmaq üçün özlərini pəncərədən atan zaman xəsarət alıb. Yanğının səbəbi məlum deyil.

Şərqdə Lahor şəhərində isə təxminən 24 nəfər ayaqqabı fabrikində baş vermiş yanğın zamanı həlak olub. Yerli rəsmilər yanğının generatorun nasazlığı səbəbi ilə baş verdiyini bildirib.

Yanğını nəzarət altına almaq üçün yanğınsöndürənlər və xilas dəstələri bir neçə saat mübarizə aparıb.