Təhlilçilər islamçıların Pakistan siyasətinə təsirindən narahatdırlar [Video]

Your browser doesn’t support HTML5

Pakistanda islamçıların yeni yaranmış ifrat sağçı partiyasının yüzlərlə namizədi həm milli, həm də vilayət üzrə seçkilərdə üstünlük təşkil edib. Partiyanın fəaliyyətini yaxından izləyən təhlilçilər islamçıların Pakistan siyasətinə təsirindən narahatdırlar.

Pakistanın ən çox əhalisi olan Pəncab vilayətindəki kiçik Dok-Müridan kəndi 1980-ci illərin ortalarından devrilmiş baş nazir Nəvaz Şərifin partiyası qurulandan bəri ona istehkam olmuşdu. Lakin bu ilin yanvar ayında keçirilən seçkilər zamanı bu kənd yeni “Təhrik Ləbbeyk Pakistan” islamçı partiyasına səs verdi.

Partiyaya söyüş dili ilə tanınan xarizmatik bir ruhani rəhbərlik edir. Bu hərəkat keçən ilin noyabr ayında İslamabada gedən əsas yolun az qala bir ay bağladığı zaman meydana çıxdı.

Tərəfdarları bu partiyanın onların dini inanclarını müdafiə edəcəyinə və ədalətli bir İslam sistemi quracağına inanır. Dok-Müridan kəndinin sakini Hacı Məhəmməd Əyub: “Kasıbların yeməyə heç nəyi yoxdur. Siyasətçilər xaricə milyoinlarla dollar göndərir. İslam gələrsə istər yoxsul, istər varlı, hamıya eyni münasibət olacaq.”

Təhlilçilər bu partiyanın ifrat sağçı mövqeyinin onsuz da dini zorakılıq səbəbindən on minlərlə insanın həyatını itirdiyi Pakistanı daha da radikallaşdıracağından ehtiyat edir.

Onlar həmçinin ümummilli siyası partiya olduğu təqdirdə “Təhrik Ləbbeyk Pakistan” partiyasının milli miqyasda böyük siyasi qücə çevriləcəyindən qorxur. Pakistan Sülh Araşdırmaları İnstitutundan Məhəmməd Əmir Rana: “Bu, təhlükəlidir. Çünki bu, təşkilatlanmış kiçik terrorçu qrup deyil. Bu, kiçik səbəblərə görə belə zorakılığa təhrik edə biləcək bir hərəkatdır. Və biz bilirik ki, bizim ölkə belə məsələlərin öhdəsindən heç vaxt gələ bilməyib. Onlar həmişə bu qüvvələri razı salmağa çalışır.”

Eyni zamanda devrilmiş və həbsdə olan sabiq baş nazir Nəvaz Şərifin əsas siyasi partiyası “Pakistan Müsəlman Liqası” da “Təhrik Ləbbeyk Pakistan” partiyasının seçkilərdə onların elektoratına və nəticələrə təsir göstərə biləcəyindən narahatdır.