İmran Xan: Paytaxta doğru yürüş çərşənbə axşamı davam edəcək

Pakistanın keçmiş Baş Naziri İmran Xan bazar günü deyib ki, onun həyatına sui-qəsd cəhdi zamanı güllə yarası aldıqdan sonra dayandırılan paytaxta doğru etiraz yürüşü çərşənbə axşamı davam edəcək.

Əlil arabasında oturan, sağ ayağı sarıqlı Xan cümə axşamı güllə yarası aldıqdan sonra üçün aparıldığı Şövkət Xanım xəstəxanasından danışıb.

Xan hökumətdəki üç qüdrətli şəxsiyyət və ona qarşı hücumun təşkilində əli olduğunu iddia etdiyi hərbçilərlə bağlı araşdırma aparılması və istefası ilə bağlı tələbini bir daha təkrarlayıb.

Pəncab vilayətinin şərqindəki Vəzirabad rayonunda silahlı şəxsin atəş açaraq, onu yaralaması və tərəfdarlarından birini öldürülməsi nəticəsində Xanın paytaxta yürüşü baş tutmayıb. Hücum zamanı 13 nəfər yaralanıb. Xan yürüşün yenidən Vəzirabaddan başlanacağını deyib.

Xan aprel ayında parlamentdə etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. O, İslamabadda Baş Nazir Şahbaz Şərif hökumətinə erkən seçkilər keçirmək üçün təzyiq etmək üçün yürüş təşkil edib. Lakin Şərif seçkilərin planlaşdırıldığı kimi, 2023-cü ildə keçiriləcəyini bildirib. Xan ilk etiraz yürüşünə may ayında rəhbərlik edib. Yürüş paytaxtda tərəfdarların polislə toqquşması ilə başa çatıb.

Xanın oktyabrın 28-də başlayan etiraz yürüşü cümə axşamı hücumuna qədər dinc keçib. Hücum siyasi zorakılıq və sui-qəsdlərin baş verdiyi Pakistanda siyasi qeyri-sabitliyin artması ilə bağlı narahatlıqlara səbəb olub.

Xan çərşənbə axşamı davam edəcək yürüşün Ravalpindiyə çatmasının 10-15 gün çəkəcəyini və orada ölkənin digər bölgələrindən olan tərəfdaşlarının yürüşə qatılacağını deyib. O, yürüşün əsas iştirakçıları ilə media vasitəsilə əlaqə saxlayacağını, sonda "xalq dənizini" İslamabada doğru aparacağını bildirib.

Xan hazırkı Baş Nazir Şəhbaz Şərif, daxili işlər naziri Rana Sanaulla və kəşfiyyat rəsmisi, general-mayor Feysal Nasiri hücumu təşkil etmək üçün Pakistanın casus agentliyi Xidmətlərarası Kəşfiyyatla əlbir olmaqda ittiham edib.