Pakistanın keçmiş Baş naziri İmran Xana qadın hakimi hədələmək ittihamı irəli sürüləcək

Pakistan məhkəməsi cümə axşamı ölkənin populist keçmiş Baş naziri İmran Xana qadın hakimi hədələmək ittihamı irəli sürəcək.

70 yaşlı müxalifət lideri təqsirli bilinərsə, 6 ay həbsdə qala bilər. Bu, həmçinin Pakistanın seçki qanunlarına əsasən onun 5 il müddətinə milli siyasətdən kənarlaşdırılmasına səbəb olacaq.

Paytaxt İslamabaddakı Ali Məhkəmənin beş hakimdən ibarət heyəti işə baxdıqdan sonra Xana qarşı ittihamın sentyabrın 22-də irəli sürüləcəyinə qərar verib.

Keçmiş Baş nazir aprel ayında parlamentdə etimadsızlıq səsverməsi ilə vəzifəsindən istefa verdikdən sonra siyasətə geri dönmək məqsədi ilə erkən seçkilərə təzyiq etmək üçün hökumət əleyhinə kütləvi mitinqlər keçirir.

Nifrət zəminində ittihamlar Xanın keçən ay paytaxtda partiyasının on minlərlə tərəfdarı qarşısında etdiyi televiziya çıxışından irəli sürülüb

O, Pakistan Təhriki-Insaf (PTI) partiyasının toplantısında yaxın köməkçilərindən birinin həbsxanada işgəncəyə məruz qaldığı iddia edilən qadın hakim və İslamabad polis məmurlarına qarşı iddia qaldıracağını deyib.

"Biz sizi bağışlamacağıq. Sizi məhkəməyə verəcəyik" - deyə, Xan and içib.

Daha sonra şəhər polisi onu Pakistanın antiterror qanunu ilə məmurları hədələməkdə ittiham edib. Ali Məhkəmə isə onu hakimə qarşı mübahisəli ifadələrini izah etmək üçün çağırıb.

Xan bu həftənin əvvəlində məhkəməyə təqdim etdiyi yazılı məktunubda açıq şəkildə üzr istəmədən, mitinqdəki çıxışında "çıxışının" ədliyyə məmurunu təhdid etmək mənasını daşımadığını və çox təəssüfləndiyini bildirib.

Cümə axşamı məhkəmə Xanın cavabını "qeyri-qənaətbəxş" elan edib və bu ayın sonunda ona ittiham irəli sürməyə qərar verib.