Paksitanda sufi məbədinə hücum nəticəsində ölənlərin sayı artıb

Pakistanın cənub-qərbində şiə məbədinə intiharçı hücum nəticəsində ölənlərin sayı xəstəxanaya yerləşdirilən yararıların dünyalarını dəyişməsi ilə 24-ə çatıb.

İntiharçı bomba hücumunu törədən şəxs cümə axşamı Baluçistan əyalətinin Kuetta şəhərindən 400 kilometr uzaqlıqda yerləşən Cal Maqsi əyalətiniin ucqar kəndində içi ibadət edən insanlarla dolu məbədi partladıb.

Yüksək rütbəli polis zabiti Məhəmməd İqbal deyib ki, 20 nəfər daha aldıqları xəsarətlərdən xəstəxanalarda müalicə olunurlar. Onların bəzilərinin vəziyyəti kritikdir.

Hücumu törədən şəxs partlayıcı kəmərini məbədi mühafizə edən polis zabti tərəfindən yoxlanış üçün durdurulduğu zaman partladıb. Ölənlər arasında beş uşaq, bir qadın və iki polis zabiti var.

Hücumun məsuliyyətini İslam Dövləti qrupu öz üzərinə götürüb. İŞİD daha öncə Baluçistanda baş verən bir neçə hücuma görə də məsuliyyəti üzərinə götürüb. Baluçistanda millətçilər və separatçılar qiyam başladaraq, müxtariyyət və regionun neft və qas kimi təbii sərvətləriyndən daha böyük pay tələb edir.
Sünni ekstremislər və İŞİD azlıq şiələri kafir hesab edir və ölkə boyu buna bənzər bir çox hücum həyata keçirib.

Öncəki hücumlar

Bu ilin iyun ayında ölkənin şimal-qərbində Paraçinarda bir marketdə baş verən iki bombalama nəticəsində azı 75 şiə ölüb. Hücumun məsuliyyətini təriqətçi sünni ekstremist qrup Laşkar-e-Canqvi üzərinə götürüb.

Fevral ayında İslam Dövləti qrupu cənubi Sind vilayətində tanınmış Sufi məbədində intiharçı hücumu törədərək, Dhamal rəqsini ifa edən 88 nəfəri öldürüb.

Bundan əlavə isə şənbə Baluçistanda sərnişin maşınının avtobusal toqquşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.