Pakistan Əfqanıstanla sərhəd bölgələrdə hava hücumları həyata keçirir

Pakistan ordusunun bildirdiyinə görə, Əfqanıstanla sərhəd bölgədə həyata keçirilən hava hücumları zamanı 23 yaraqlı öldürülüb.

Şimali Vəziristan və Xiber vilayətlərində həyata keçirilən hücumların kimə qarşı yönəldiyi barədə məlumat verilmir.

Xiber uzun zamandır Taliban və Ləşkəri-İslam qruplaşmalarının istehkamına çevrilib. Bu bölgədə hücumlar 2014-cü ilin oktyabr ayından davam edir. Jurnalisttlərə bağlı olan bu bölgədə baş verənləri təsdiq etmək mümkün deyil.

Pakistan hökuməti sərhəd bölgələrin Taliban yaraqlılarından geri alınacağına vəd verib.

Ordunun bəyanatında deyilir ki, bir ildir davam edən hücumlar nəticəsində 2700-dən artıq yaraqlı öldürülüb. Bu müddət ərzində 218 terrorçu, 347 əsgər və zabirin həlak olduğu bildirilir.

Pakistan Talibanı Şimali Vəziristan vilayətinin dağlıq bölgəsini nəzarətinda saxlayır. Vilayətin bir çox hissəsi Pakistan qüvvələri tərəfindən geri alınıb.

NATO Pakistanı ölkənn şimal-qərb və sərhəd bölgələrini Talibandan təmizləməyə çağırır. Belə ki, Taliban həmin yerlərdən NATO və Əfqanıstan qüvvələrinə qarşı hücumlar üçün istifadə edir.

Əfqanıstan rəsmiləri Pakistan ordusunun hücumlarının yaraqlıların sərhəd bölgələrə axışmasına səbəb olduğunu və bunun ölkənin şərq və şimal bölgələrində gedən müharibəni daha da ağırlaşdırdığını bildirir.