Pakistan Əfqanıstan və Hindistandakı diplomatlarını geri çağırıb

Ayrı-ayrı iki sərhəddə dörd əsgərinin və bir mülki qadının öldürülməsindən sonra Pakistan Əfqanıstandakı və Hindistandakı diplomatlarını geri çağırıb.

Paskistanın həm Əfqanıstan, həm də Hindistanla sərhəddində, Hindistanla Pakistan qüvvələrinin bir-birini atəş açmaqda ittiham etdiyi insident müsəlmanların çoxluq təşkil etdiyi Kəşmir bölgəsində baş verib.

Son hadisələr Pakistanla Hindistan arasında gərginliyin artdığı və Birləşmiş Ştatlarla Əfqanıstandakı Taliban arasında danışıqların dayandırıldığı vaxta təsadüf edir.

Keçən həftənin cümə günü gecə saatlarında patrulda olan bir Pakistan əsgəri Əfqanıstan militantları tərəfindən öldürülüb. Nazirlik şənbə günü sərhəd bölgəsində ikinci bir insidentin də baş verdiyini, Pakistan qüvvələrinın hücuma məruz qaldığını və üç əsgərin həlak olduğunu bildirib.