Pakistanın şimal-qərb bölgəsi rəsmilərinin dediyinə görə, ABŞ-ın pilotsuz təyyarəsi olmasından şübhələnilən hücum zamanı Haqqani şəbəkəsinin komandiri Molla Sangin Zərdan da daxil edilməklə, azı 6 yaraqlı öldürülüb. 2001-ci ildən bəri Zərdan Birləşmiş Ştatların xarici terrorçular siyahısındadır.
Rəsmilər bu gün Şimali Vəziristanın Əl-Qaidə ilə əlaqəsi olan Haqqani şəbəkəsinin nəzarətində olan Dərgah Mandi bölgəsinə iki raketin atıldığını bildirib.
Pakistanın Xarici İşlər Nazirliyi raket hücumlarını qınayaraq, bunun Pakistanın suverenliyini pozduğunu deyib.