Pakistan gəmilərinin son mənzili [Video]

Your browser doesn’t support HTML5

Pakistanın liman şəhəri olan Qadani dünyanın ən iri gəmi sökmək sahəsidir. 2016-cı il noyabr ayında yağ tankerinin partlaması nəticəsində iyirmidən artıq işçi həlak olmuşdu.

Gəmilər yararlığını itirdikdən sonra onları hər il yüzlərlə gəminin hissə və xammal üçün sökülməsi üçün bu Qadanidəki kimi sahilyanı sahəyə gətirirlər.

Gəmi sökmə sahəsinin sahibi Sərdaruddin Qillani deyir ki, dünyada gəmilərin sökülməsi üçün cəmisi dörd sahilyanı sahə var. Bu hər sahilin yetərincə dərin olmadığındandır. Qadaninin suları gəmilərin sökülməsi parametrlərinə uyğundur.

Gəmini sökmək 30-40 gün çəkir. Bu iş uzun zaman alır və çox təhlükəlidir. Million dollarlıq sənayenin işçiləri çox zaman tələblərə cavab verməyən geyim və ya təlimlərin olmamasına görə gəza zamanı xəsarətlər alırlar.

Gəmi sökmə sahəsinin işçisi Narib Gül deyir ki, bütün iş metal konstruksiyalarla əlaqəlidir. Xəbərlərdə də göstəriblər burada partlayışlar baş verir. Burada hər il iki və ya üç insan ölür.

Gəmi sökmə sahəsinin digər işçisi Əmir Bəxş bildirir ki, bu çox çətin və ağır işdir. Onlar səhər evdən işə gələndə həmişə evə geri dönüb-dönməməkləri barədə fikirləşirlər.

2016-cı ilin noyabrında burada baş verən böyük qəzada 26 işçi həyatını itirib, 60 nəfər yaralanıb. O vaxtdan bəri işçilər iş şəraitinin yaxşılaşdırılması üçün heç bir addım atılmadığını söyləyir.

Əmir Bəxş deyir ki, zəngin sahibkarların heç bir təhlükəsizlik tədbirləri həyata keçirməməsi bu işi daha təhlükəli edir. Hər halda onların burada işləməyə davam etməkdən başqa çıxış yolu yoxdu. Onlar kasıbdırlar və bu şəraitdə işləməkdən imtina etsələr, onları işdən çıxaracaqlar.

Lakin gəmi tərsanəsinin sahibi təhlükəsizlik standartlarına əməl edildiyini və bütün işçilərin lazımı təlimlər keçdiyini bildirirlər. O əlavə edərək bildirib ki, işçilərin təhlükəsizliyinin məsuliyyətini həm hökümət, həm də sahibkarlar daşıyır.

Gəmi sökmə sahəsinin sahibi Sərdaruddin Qillani bildirir ki, hökumət bunu asanlaşdırmalıdır. Onlar bu sənayedən yaxşı gəlir əldə edirlər. Həm də, onların özlərinin Gəmiləri Kəsmək Assosiasiyası da məsuliyyət daşıyır. İnkişaf sahəsində tədbirlər görə bilərlər. Onun fikrincə, bu elə bir böyük məsələ deyil.

Gəmilərin sökülməsi təkcə işçilər üçün deyil, həmçinin dəniz canlıları və yaxınlıqda yaşayan insanlara da təhlükəlidir. Dağıntılar okeana tökülür və havadakı kimyəvi maddələr tənəffüs problemlərinə səbəb olur. Bu, ətrafdakı sakinlər və 12 min həyatı gəmi sökülməsi anbarından asılı olan işçiləri narahat edir.