Pakistanın şimalında vertolyot qəzaya uğrayıb. Rəsmilər Naltar Vadisində qəzaya uğrayan vertolyotda Filippin və Norveçin Pakistandakı səfirləri, Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşları da daxil olmaqla 7 nəfərin öldüyünü bildirir. Məlumatda iki pilot və bir ekipaj üzvünün də öldüyü deyilib.
Pakistan ordusunun sözçüsü, general-mayor Asim Bacvalı Twitter vasitəsilə bildirib ki, yaralananlar arasında Polşa və Hollandiya səfirləri də olub və onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Pakistan Talibanı vertolyot qəzasının məsuliyyətini öz üzərinə götürüb və deyib ki, hədəf ölkənin baş naziri Navaz Şərif olub.
Dövlət televiziyası isə müdafiə naziri Xavac Asifə istinad edərək qəzanın "sırf texniki səbəblər üzündən baş verdiyini" deyir.
Navaz Şərifin ofisi prezidentin insident baş verən zaman Gilgitə uçduğunu, lakin insidentdən sonra prezidentin İslamabada qayıtdığını bildirib.