Pakistanın vətənə xəyanət ittihamı ilə özləşən sabiq prezidenti Pərviz Müşərrəfin məhkəməsi təxirə salınıb. Rəsmilər bildirib ki, məhkəməyə gedən yol yaxınlığında partlayıcı maddə tapılıb.
Polisin məlumatına görə, Müşərrəfin İslamabaddakı evi yaxınlığında beş kiloqram partlayıcı maddə, detonator və iki silah aşkar edib.
Hakim Müşərrəfin məhkəməsini yanvarın 1-ə təyin edib.
Cənab Müşərrəf 2007-ci ildə konstitusiyanı göz ardı edərək komendant saatı tətbiq etdiyi üçün dövlətə xəyanətdə ittiham edilir. İttiham qəbul edilərsə onu ölüm cəzası və ya ömürlük həbs gözləyir.
Sabiq prezident bu ilin əvvəllərində Pakistana qayıtdıqdan sonra bir neçə kriminal cinayətlərlə üzləşsə də zaminə buraxılıb. Bu ittihamlar sabiq baş nazir Benazir Bhuttonun 2007-ci ildə öldürülməsi daxil olmaqla onun 2008-ci ildə sona çatan doqquz illik hakimiyyəti ilə bağlıdır.