Pakistanda bomba hücumu baş verib

Partlayışda 10 adam həyatını itirib və 20 nəfər yaralanıb
Pakistan rəsmilərinin məlumatına görə, ölkənin şimal-qərbində iki məsciddə baş vermiş bomba partlayışı nəticəsində 10 adam həyatını itirib və azı 20 nəfər yaralanıb.

Rəsmilər partlayışın Xayber Paxtunkva əyalətinin Malakənd rayonunda cümə namazından sonra baş verdiyini deyib.

“Associated Press” xəbər agentliyinin məlumatına görə məscidlərdən birinin tavanı uçub.

Hücumun məsuliyyətini hec kim üzərinə götürməyib.