ABŞ-ın pilotsuz təyyarələri Pakistandakı yaraqlıları hədəf almaqda davam edir

Pakistan rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ştatların pilotsuz təyyarəsinin Talibanın nəzarəti altındakı Əfqanıstanla sərhəd bölgəyə qarşı hücumu zamanı yaraqlı olduğundan şübhələnilən 8 nəfər öldürülüb.

Rəsmilər Şimali Vəziristanın Mir-Əli yaşayış məntəqəsi yaxınlığındakı hücum zamanı Əl-Qaidə üzvlərinin də öldürüldüyünə inanır.

Pakistan rəsmiləri bazar gün ABŞ-ın pilotsuz təyyarəsinin Cənubi Vəziristan bölgəsindəki Taliban yaraqlılarına hücumlar həyata keçirdiyi bildirilir. Nəticədə 8 taliban döyüşçüsü öldürülüb.