Pakistanda təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda Əfqanıstandan olan mühacirlər günahlandırılır

Your browser doesn’t support HTML5

Pakistanda təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda Əfqanıstandan olan mühacirlər günahlandırılır

Pakistandakı əfqan qaçqınlar deyirlər ki, Pakistan rəsmiləri bu ayın əvvəlində təhlükəsizlik qüvvələrinə qarşı silsilə hücumlarda əfqanları günahlandırdıqları üçün yeni repressiyalardan ehtiyat edirlər.

Son dörd onillikdə Pakistanın Pişəvər şəhərində müharibədən qaçan yüz minlərlə əfqan yaşayır.

Qaçqınlar şəhərdə məskunlaşıb və bir çoxu eyni dildə danışan, mədəni və dini əlaqələri paylaşan yerli pakistanlılarla sıx münasibətə malikdirlər.

Amma bəzi əfqanlar öz gələcəklərindən narahatdırlar. Bu ayın əvvəlində Pakistan rəsmiləri ölkənin təhlükəsizlik qüvvələrinə qarşı silsilə hücumlarda Əfqanıstandan olan mühacirləri günahlandırıb. Əfqan qaçqını

Əfqanıstan qaçqını Məhəmməd Zubayi: "Mən Pakistan rəsmilərinin dediklərini qətiyyətlə rədd edirəm. Əfqanlar belə fəaliyyətlərə cəlb edilmir. Biz (yerli) pakistanlılardan çox razıyıq. Bizə öz qardaşları kimi yanaşırlar".

Bu ayın əvvəlində, iyulun 12-də Pakistan ordusunun cənub-qərbindəki Bəlucistan vilayətindəki hərbi bazasına hücum zamanı onlarla əsgər və bir mülki şəxs həlak olub. Ordu "Əfqanıstan vətəndaşlarının" ölkədəki zorakılıqlarda iştirak etdiyi barədə bəyanat yayıb. Jurnalist və analitik Tahir Xan: "Ordu başçısından belə bir bəyanat gələndə bunun milyonlarla əfqan qaçqına mənfi təsir göstərməsi normaldır. Həm də ordu başçısı bununla Pakistandakı hökumət qurumlarına necə düşündüyü barədə siqnallar verir. Hesab edirəm ki, belə bir bəyanat düzgün deyil".

BMT bildirir ki, Pakistanda təxminən 3,7 milyon əfqan yaşayır və onlardan yalnız 1,3 milyonu qeydiyyatdadır.

ABŞ keçən həftə əfqan qaçqınlarının terror fəaliyyətlərində iştirak etdiyinə dair "heç bir əlamətin olmadığını" bildirib. Milli Təhlükəsizlik Şurasından: "Biz Pakistanda və ya sərhəddə olan əfqan qaçqınların terror aktlarında iştirakına dair heç bir əlamət görmədik."

2021-ci ilin avqustunda Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra əlavə 600 000 əfqan Pakistana qaçıb.