Pakistan sərhəd bölgələrində hərbi əməliyyatları davam etdirir

Pakistan hərbi rəsmilərinin bildirdiyinə görə, ölkənin şimal-şərq sərhəd bölgəsində gizlənən üsyançılara qarşı həyata keçirilən hava hücumları zamanı azı 20 yaraqlı öldürülüb.

Əfqanıstanla sərhəddə, qəbilələrin yaşadığı Xeybər bölgəsindəki hava hücumları zamanı 18 nəfərə qədər terrorçunun da yaralandığı deyilir.

Tarixi Xeybər keçidi Əfqanıstanla Pakistan arasındakı iki ticarət və tranzit yollarından biridir.

Pakistan ordusu bu yaxınlarda Taliban və onun müttəfiqlərinə qarşı həmin regiondan genişmiqyaslı əməliyyatlar keçirib və deyilənə görə regionun çox hissəsi militantlardan təmizlənib.

Hazırkı əməliyyatlar ordunun 2014-cü ilin iyun ayında qəbilələrin yaşadığı Şimali Vəziristan yaxınlığında yaraqlılara qarşı keçirdiyi Zərbe-Əzb adlı əməliyyatların davamıdır. Əməliyyatların keçirildiyi müddətdə 2800 militant və 350 əsgərin öldüyü deyilir.