Rəsmi Kyiv Rusiyanın Avropa Şurasından xaric edilməsini istəyir
Your browser doesn’t support HTML5
Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşılıq olaraq rəsmi Kyiv Rusiyanın Avropa Şurasından xaric edilməsini istəyir. Martın 14-ü AŞPA-nın fövqəladə sessiyasında videobağlantı ilə çıxış edən Ukraynanın baş naziri Denis Şmiqal müharibənin fəsadları barədə danışıb və Rusiyanın qurumdan kənarlaşdırılmasını tələb edib. AŞPA iki günlük fövqəladə sessiyada Rusiyanın Ukraynaya təcavüzünün nəticələri və Rusiyanın Avropa Şurasından kənarlaşdırılmasını müzakirə edir.