Oğuz Türk: İran Çinin Şərqi Türküstanda etdiklərindən nümunə götürür

Oğuz Türk

Xəbər agentlikləri noyabr ayında İranda baş qaldıran xalq etirazları zəminində təqribən 1500 vətəndaş öldürüldüyünü xəbər verib. Amerikanın Səsinə danışan siyasi fəal Oğuz Türk həlak olanların sayının bundan daha artıq ola biləcəyini deyir.

Your browser doesn’t support HTML5

Oğuz Türk Amerikanın Səsinə danışır

“Ölənlərin sayı 1500-dən də çox ola bilər. Çünki İran dövləti hələ də öz məsuliyyətindən söz etmir. Neçə nəfər öldürdüyünü demir. Yəni öldürənlər burayadək heç bir şey deməyiblər. Heç bir ədəd verməyiblər,” siyasi fəal söyləyir.

Ölənlərin sayı 1500-dən də çox ola bilər. Çünki İran dövləti hələ də öz məsuliyyətindən söz etmir. Neçə nəfər öldürdüyünü demir. Yəni öldürənlər burayadək heç bir şey deməyiblər.

Noyabr ayının 15-də başlanan və günlərlə İranın müxtəlif bölgələrində davam edən etirazlarda həlak olanların sayı ilə bağlı beynəlxalq qurumlar fərqli rəqəmlər açıqlayıblar.

Oğuz Türk deyir ki, “dövlət özünü məsul bilmir. Məlumat vermir... Bunun dünyada nümunələri var. Çində Doğu Türküstan və Tibet ilə bağlı eyni məsələ var. Myanma dövləti də bəlli deyil 100,000 Rohinca müsəlmanını öldürüb, ya 200,000. İran dövləti də bu nümunələrə baxır və deyir, mən məcbur deyiləm açıqlayam.”

O, İran kimi ölkələri hesab verməyə məcbur edəcək heç bir beynəlxalq qurumun mövcud olmadığını vurğulayır:

SEE ALSO: Şahin Xiyavlı: Əvvəlki etirazlarda bu qədər itki olmamışdı

“Dünyada heç bir orqan yoxdur ki, basqı ilə açıqlama verməyə məcbur etsin. Bütün kommunikasiya yollarını kəsir və qətliam edir. Hindistan dövləti də Kəşmirdə interneti, telefonu, hər şeyi qapatdı və qətliam etdi. Hələ də dünyada xəbəri çıxmamış ki, Kəşmirdə nələr oldu. İran dövləti də bunlara dayanaraq deyir ki, biz istədiyimizi edərik və heç bir şey olmaz.”

Çarə nədir? Güney Azərbaycanda, Tehranda və başqa şəhərlərdə daha çox insan küçəyə çıxsa, İran dövləti bunun qarşısında çarəsiz olar. Çox insan çıxsa, yüz minlər və milyonlar çıxsa...

Oğuz Türkün sözlərinə görə, “İran dövləti Çin və Rusiya kimi güclərə dayanır. Bunların həm veto hüququna, həm də siyasi gücünə dayanaraq bu işləri görür... Sabah bundan daha pisi də olsa, Avropa durub baxacaq. Bəyanat verəcək. Rusiya və Çin isə İran dövlətinin arxasında duracaq.”

Onun fikrincə, belə bir vəziyyətdə çözüm yolu daha böyük xalq etirazlarının təşkil olunmasıdır.

“Çarə nədir? Güney Azərbaycanda, Tehranda və başqa şəhərlərdə daha çox insan küçəyə çıxsa, İran dövləti bunun qarşısında çarəsiz olar. Çox insan çıxsa, yüz minlər və milyonlar çıxsa, hakimiyyətin belə etirazları yatırmaq üçün mexanizmləri yoxdur. Yetərli qüvvəsi yoxdur. Millətlər çox dirənsə, o qüvvələr içində də etnik məsələ üzündən çatlaq yaranacaq... Güney Azərbaycanda bu növ geniş etirazların nümunələri mövcuddur.”