Bir çox texnologiya eksperti özü idarə olunan maşınların çox yaxında artıq sınaq mərhələsindən çıxıb, taksi və ya çatdırılma maşınları olaraq kommerisya bazarına daxil olacağına inanır. Amma bəziləri də bu maşınların süni intellektlərinin insanların yol hərəkət qaydalarına əməl etməmək meyilinin öhdəsidən gələ bilməyəcəyindən narahatdır.
Özü idarə olunan maşınlar qaydalara uyğun hərəkət edir və sosial davranışları qavramır.Missi Kamminqs
Əvvəllər belə bir düşüncə var idi ki, sürücüsüz maşınlar yol hərəkət qaydalarına əməl edən itaətkar sürücü kimi davransalar heç bir problem yaşanmayacaq.
“Özü idarə olunan maşınlar qaydalara uyğun hərəkət edir və sosial davranışları qavramır”, deyə Duke Universitetinin tədqiqatçısı Missi Kamminqs bildirib.
Amma bu maşınlardan fərqli olaraq sürücülər insandır. Məsələn Bostonda yaşıl işıq yananda, bir çox sürücü əks istiqamətdən gələn maşınların keçməsini gözləməkdənsə, ilk olaraq özləri sola dönür.
Digər sürücülər də bunu bildiyi üçün, maşını yerindən yavaş tərpədir. Amma özü idarə olunan maşınlar qəti sürətdə qaydalara əməl etməyə proqramlaşdırıldığı üçün, yerindən sürətli bir şəkildə tərpənə, daha sonra isə sərt bir şəkildə əyləcə basa bilər. Bu isə başqa bir maşının onunla araxadan toqquşmasına səbəb ola bilər.
Missi Kamminqs: “Fikrimcə biz, avtomobil nəqliyyatı baxımından ən təhlükəli nöqtədəyik. Ona görə də yaxşı olardı ki, çox yaxında artıq hər kəs özü idarə olunan maşınlarla hərəkət etsin”.
Özü idarə olunan maşınları yaradanlar bu maşınların kompyuterlərinin öz səhvərindən nəticə çıxarmalı olduqlarını bilir.
“Hər hansı texniki cihazda olduğu kimi, bunun da bir qüsurunun olacağını gözləyirik. Biz bu qüsurları bilirik, onlara görə təəssüflənirik, amma daha sonra onları nəzərə alıb, cihazlarımızı təkmilləşdiririk”, Oksford Universitetindən Pol Nyuman deyir.
Hər hansı texniki cihazda olduğu kimi, bunun da bir qüsurunun olacağını gözləyirik. Biz bu qüsurları bilirik, onlara görə təəssüflənirik, amma daha sonra onları nəzərə alıb, cihazlarımızı təkmilləşdiririk.Pol Nyuman
Özü idarə olunan maşınlar GPS, yəni peykə-əsaslanan naviqasiya sistemi sayəsində olduqları yeri təyin edə biləcəklər və müvafiq softveyr vasitəsilə yerli nəqliyyat qaydalarına uyğunlaşacaqlar.
Eyni zamanda isə insan sürücülər də yolda qarşılaşdığı maşınların bir çoxunun kompyuter tərəfindən idarə olunduğunu bilib, buna uyğunlaşmalıdır.
“Məncə insanlar bununla bağlı daha çox maarifləndiyində və bu maşınların daha çox müsbət nümunələri ilə qarşılaşanda, özü idarə olunan maşınların təhlükəsiz olacağını dərk edəcəklər. Bu maşınlar insan sürücülərdən daha təhlükəsizdir”, deyə Intel şirkətinin vitse-prezidenti Kati Uinter bildirir.
Ekspertlər deyir ki, yollarda özünü düzgün idarə edə bilən maşınların artması ilə avtomobil qəzalarının sayı bir xeyli azalacaq.