Özbəkistan vətəndaşına qarşı prezident Obamaya hədələrlə bağlı ittiham irəli sürülüb

A man looks at the massive dock that washed ashore on Agate Beach on June 5, 2012, in Newport, Oregon.

ABŞ-ın münsiflər heyətinin ali soveti Özbəkistan vətəndaşına qarşı qeyri-qanuni silah daşıma və prezident Obamaya hədələrlə bağlı ittiham irəli sürüb. İttihamlar Ulukbek Kodorova qarşı dünən Alabama ştatının Birminqem şəhərində irəli sürülüb. O, iyul ayının 13-də təhlükəsizlik agentindən avtomat tüfəng aldıqdan sonra nəzarət altına alınıb. Özbəkistan vətəndaşı azı dörd dəfə Barak Obamanı öldürmək niyyətində olduğunu dilə gətirib. ABŞ rəsmiləri onun Amerikaya tələbə vizası ilə gəldiyini bildirir. Günahkar bilinsə Kodorovu 40 ilədək azadlıqdan məhrumiyyət gözləyir.